Almaniya kansleri: “ABŞ-la kommünikeni razılaşdırmaq çətin olacaq”

Dünya ticarətində ABŞ və Almaniyanın 30 faiz payı var.
"ABŞ-ın mövqeyinə görə, "Böyük -20”liyin ("G20”) iyulda keçiriləcək sammitində kommünike mətnini razılaşdımaq çətin olacaq”.
"Report” TASS-a istinadən xəbər verir ki, bunu Almaniyanın kansleri iyunun 20-də Berlində iqtisadi forumdakı çıxışında bildirib.
"ABŞ-ın məsələyə yanaşması qarşılığında biz maksimum anlaşmağa çalışacağıq”, - deyə o, vurğulayıb. Kansler azad ticarət məsələlərinin həllində ABŞ-ın fikir ayrılığını nəzərədə tutduğunu bildirib.
Qeyd edək ki, dünya ticarətində ABŞ və Almaniyanın 30 faiz payı var.
www.anews.az
























