ABŞ-da 60 reys təxirə salındı

ABŞ-ın qərbində dəhşətli istilər fəsadlar yaradıb.
Anews.az Trend-ə istinadən xəbər verir ki, istilər səbəbindən Arizona ştatının Finiks şəhər aeroportunda onlarla reys təxirə salınıb.
"American Airlines" aviaşirkəti aviareyslərin təxirə salınmasını sərnişin təyyarələrinin texniki göstəriciləri ilə izah edib.
Məlumatda deyilir ki, "Airbus"lar üçün 52,8, "Boeing"lər üçün 52,2, "Bombardier"lər üçün isə 47,8 dərəcə (yerdə) istidən yuxarı uçuş qadağandır. Aviaşirkət belə isti hava şəraitində təyyarələrin yerdən sürət yığaraq havaya qalxmasının çətin olduğunu qeyd edib.
www.anews.az
























