• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən yaxşı universitetləri – REYTİNQ

Dünyanın ən yaxşı universitetləri – REYTİNQ
21.06.2017 20:57
Böyük Britaniyanın "Times Higher Education" jurnalı dünyanın ən yaxşı universitetlərinin reytinqini – "World University Rankings 2016-2017”-ni dərc edib.

Anews.az-ın report-a istinadən verdiyi məlumata görə, reytinqə dünyanın müxtəlif ölkələrindən 980 universitet, o cümlədən Avropadan 400 universitet daxil edilib.

Avropanın ən yaxşı 5 universiteti sırasında Böyük Britaniyanın dörd universiteti yer alıb. Reytinqin ilk pilləsində Oksford Universiteti qərarlaşıb. Sonrakı yerləri Kembric Universiteti və London İmperiya Kolleci tutub. Reytinqdə dördüncü yerdə İsveçrənin Sürix Ali Texniki Məktəbi qərarlaşıb. Beşinci pillədə isə London Universitet Kolleci özünə yer edib.

Jurnalın versiyasına görə, dünya reytinqində birinci pillədə Oksford Universiteti qərarlaşıb. Kaliforniya Texnologiya İnstitutu (ABŞ) ikinci, Stenford Universiteti (ABŞ) üçüncü yeri tutub.

Universitetlər təhsil, tədqiqat mühiti, sahə gəliri və beynəlxalq perspektivlər baxımından qiymətləndirilib.

Əvvəlki illərdə olduğu kimi, Azərbaycan universitetlərindən heç biri bu reytinqdə yer almayıb.

Reytinqdə Türkiyənin 17, Rusiyanın 24, İranın 13 universiteti yer alıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol