• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə qaçqınları saxlamaq üçün xərclədiyi pulun miqdarını açıqladı

Türkiyə qaçqınları saxlamaq üçün xərclədiyi pulun miqdarını açıqladı
21.06.2017 21:19
"2011-ci ilin aprelindən Türkiyə çoxsaylı mühacir qəbul etməyə başlayıb. Suriya hadisələri zamanı o zamankı baş naziri və indiki prezidentimiz Rəcəb Tayyib Ərdoğanın tələbi ilə biz açıq qapı siyasəti həyata keçirdik və sərhədi açdıq. İyirmi üç modern sığınacaq mərkəzi quruldu. Regionlarda ciddi tədbirlər görüldü".  

Anews.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə baş nazirliyi yanında Təbii fəlakət və fövqəladə vəziyyətlərin idarəçiliyi üzrə idarənin (AFAD) rəhbəri Mehmet Halis Bilden Türkiyədə səfərdə olan xarici jurnalistlərlə keçirdiyi görüşdə deyib. O bildirib ki, 3,5 milyon mühacirdən bir milyonu məktəb və ya universitet yaşındadır: "Biz məktəbə getmək istəyən uşaqların 65 faizini qeydə almışıq. 2018-ci ilin sonuna kimi isə hamısını məktəblərə qəbul edəcəyimizi bildirmişik. Düşərgələrdə tibbi xidmətlər göstərilir. Onlar dövlət hesabına istənilən vaxt istənilən tibb müəssisəsinə müraciət edə bilərlər".

AFAD rəhbəri dünyanın bu məsələyə göz yummasından və yardımların az olmasından şikayətlənib. Bütün dünyanın etdiyi yardım Türkiyənin yardımların iyirmidə biridir: "Türkiyə hər il mühacirləri saxlamaq üçün 5 milyard dollar sərf edir və bu vəsait büdcədən xərclənir. Avropa İttifaqı ilə Türkiyə arasında 3 milyard dollar yardımın ayrılması barədə sənəd imzalanıb. Bunun 1,6 milyardı rəsmiləşdirilib. Qalanı isə müzakirə mərhələsindədir".
 
M. H. Bilden təmsil etdiyi qurumun fəaliyyətindən də danışıb. O, AFAD-ın 2009-cu ildə qurulduğunu və hökumətin nəzdində fəaliyyət göstərdiyini söyləyib: "Biz fövqəladə vəziyyətləri və indi də Suriya böhranını koordinasiya edirik. Fövqəladə vəziyyət zamanı 28 xidmət qurumunun çalışa biləcəyi mexanizm yaratmışıq.

Burada yüksək səviyyəli informasiya texnologiyası infrastrukturu mövcuddur. Hadisələr zamanı dronlar, təyyarələr və digər vasitələrlə məlumatlar mərkəzə ötürülür və daha sonradan onlara uyğun fəaliyyətlərlə bağlı qərarlar verilir". 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol