Türkiyədə zəlzələ oldu

Türkiyənin İzmir vilayəti yaxınlığında 5,0 bal gücündə zəlzələ baş verib.
Anews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Egey dənizində, ocağı 10 km dərinlikdə yerləşib.
Zəlzələ İzmir şəhərində və ətraf ərazilərdə hiss olunub. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
www.anews.az
























