Nazir: Türkiyə müdafiə təyinatlı məhsulların istehsalını artırıb

Türkiyə müdafiə sənayesi sahəsində xarici asılılığını xeyli azaldıb.
Trend-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Fikri İşık deyib.
Nazir qeyd edib ki, hazırda müdafiə təyinatlı məmulatların 65 faizi ölkə ərazisində istehsal olunur:
"2019-cu ilədək bu göstəricini 85 faizə çatdırmaq niyyətindəyik".
F.İşık bildirib ki, 2018-ci ilə yerli istehsallı hərbi vertolyotlar buraxılacaq.
www.anews.az
























