Ermənistan Rusiya ilə müharibəyə hazırlaşır

Rusiya elm və təhsil naziri Olqa Vasilyevanın MDB-də məkanında vahid krill əlifbasına keçidin vacibliyi ilə bağlı dediyi sözlər Ermənistanda ciddi çaxnaşma yaradıb.
İstiPress-in məlumatına görə, müxtəlif erməni ekspertlər bunu "Rusiyadan dil hücumu" kimi dəyərləndirməyə başlayıblar.
Bunu erməni siyasətçilərin çoxu bilir, amma buna baxmayaraq, Olqa Vasilyevanın dediklərini bəhanə edərək Rusiyanı söyməkdən çəkinmirlər. Məsələn, deputat Naira Zohrabyan Vasilyevanın dedikləri "tam cəfəngiyyat" adlandırıb. Ermənistan parlamentinin elm, təhsil və mədəniyyət komissiyasının sədri Vardan Bostancyan isə rusiyalı naziri psixi xəstə adlandırıb. Bostancyan Vasilyevanı Rusiyanın imperialist iddialarının daşıyıcısı olduğunu iddia edib və s.Qəzetin yazdığına görə, sadə ermənilər sosial şəbəkələrdə Vasilyevanı küçə söyüşləri ilə təhqir edərək onları özlərininki saydıqları "qədim əlifba"dan məhrum etməyə çalışmaqda günahlandırıblar. Bunun da səbəbi var, çünki sadə erməniləri həmişə aldadıblar ki, bu əlifbanı erməni keşiş Mesrop Maştos yaradıb və dünyanın 20 orcinal əlifbasından biridir. Halbuki mütəxəssilər bilir ki, ermənilər bu əlifbanı Efiopiyanın əlifbası gezadan götürüblər, əlifbanın özü isə bizim eradan əvvəl Cənubi Ərəbistanda yaradılıb, daha sonra yəhudi-falaşlar tərəfindən Efopiyaya aparılıb, sonra Efipoiya xristianları da bunu istifadə etməyə başlayıblar və ölkənin rəsmi əlifbasıdır. Amma sovet illərində sadə ermənilərin başını "Böyük Ermənistan” paranoyası doldurmaq üçün onları həm də digər xəlqlardan fərqli olaraq orcinal əlifbalarının olduğuna inandırmışdılar. Bəzi erməni "alimlər" hətta dünyanın ən qədim əlifbası olan mixi əlifbasının erməni əlifbasından yarandığını iddia etməyə başlamışdılar. Bütün bu yalanlarda Moskvanın gizli-xeyir duası var idi və buna görə də, Vasilyevanın bu iradının ermənilərə yox, latın əlifbasına təzə keçid etmiş Qazaxıstana olduğu göz qabağındadır.
İlk baxışdan belə görünə bilər ki, Zohrabyan və Bostancyan kimi siyasətçilər doğrudan da Rusiyanı Ermənistanın düşməni sayırlar. Əslində isə bütün məsələ Ermənistanın NATO ilə də oyunlara getməsi ilə bağlıdır. Məsələ bundadır ki, NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə təmsilçisi Ceyms Appaturay bu günlərdə İrəvanda olub. O, Ermənistan prezidenti Serj Sarkisyan və parlament spikeri Ara Babloyan ilə görüşüb. Serj Sarkisyan hətta NATO baş katibi Yens Stoltenberqi İrəvana dəvət edib ki, "gələcək addımları müəyyən etsinlər”.Bu cür çağırışlarda sonra ermənilər Gümrüdən Rusiya hərbi bazasının çıxarılması da tələb ediblər. Onların dediyinə görə, Rusiya Ermənistanın bütün strateji obyektlərini mənimsəyib, Ermənistanın Avropaya inteqrasiyası prosesini dayandırıb, "korrupsiyanı çiçəkləndirib" və s.
Həm də Rusiya Ermənistan ordusuna, dolayısı ilə bu ordunun Azərbaycan torpaqlarının 20 faizini işğal altında tutmasına böyük dəstək verir. Son bir ildə Moskva Ermənistana ayırdığı 200 milyon dollarlıq kredit çərçivəsində Ermənistana dünya bazarı qiymətləri ilə 3 milyard dollarlıq silah göndərib. Bu silahların bir qismi pulsuz verilib ki, Rusiyanın ən güclü silahlarından olan "İsgəndər" raketləri bu qəbildəndir.
Yəni tipik erməni "çoxvektorluluğu", daha doğrusu hiyləgərliyidir. Təbii ki, Rusiya Ermənistanı bu qədər hədəcədən çıxmaağ qoymaz. Həm də ermənilərin istəyinə baxmayaraq, NATO Dağlıq Qarabağ münaqişəsinə qarışmaq niyyətində deyil. Bu barədə "Foreign Policy Research Institute"unun analitiki polkovnik Robert Hamiltonun məqaləsində xüsusi vurğulanır:Erməni mətbuatını izlədikdə ermənilərin bu oyunun başında Qarabağ məsələsi, daha doğrusu, Qarabağ münaqişəsinin qərbin dəstəyi ilə Kosovo variantında həllinə nail olmaq istəyi durur. Bu ilin fevral ayında Brüsseldə Karneqi fondunda çıxış edən Serj Sarkisyan Dağlıq Qarabağ separatçıları ilə Kosovo albanların vəziyyətini eyniləşdirməyə çalışmışdı. Qərb Kosovo məsələsində Rusiyanı və Serbiyanı məğlub etmişdi və Seriyanın tərkibində muxtar vilayət olan Kosovonu zor gücünə ayıraraq müstəqilliyini tanımışdı. İndi ermənilər Rusiyaya Qarabağ məsələsində bağladıqları ümidlərin puç olduğunu görəndə NATO və AB ilə oynamağa çalışırlar.
"Ermənistan və Azərbaycan əvvəlki kimi Qarabağa görə münaqişə edir. Bu da regional əməkdaşlığı qeyri-müəyən edir. Buna görə də Rusiya regionun hər üç respublikasına təsir rıçaqlarına malikdir".
www.anews.az
























