• $
  • €
  • ₽
  • ₺
  • £

Baş nazir: "Yunanıstan yardım proqramlarından çıxacaq"

Baş nazir: "Yunanıstan  yardım proqramlarından çıxacaq"
02.07.2017 09:39
Aleksis Tsipras: Bazarlar Avroqrupda kreditorlarla razılığa çox müsbət reaksiya verdi.

2018-ci ilin yayında Yunanıstan beynəlxalq kreditləşmə bazarına geri dönəcək və yardım proqramlarından tamamilə çıxacaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın baş naziri Aleksis Tsipras bildirib.

A.Tsipras qeyd edib ki, iyunun 15-də Avroqrupda qəbul edilən qərardan sonra ölkə hökuməti kreditorlarla memorandumla tam və birdəfəlik vidalaşacaqlarına əmindir.

O, bazarların Avroqrupda kreditorlarla razılığa çox müsbət reaksiya verdiyini vurğulayıb. Baş nazirin sözlərinə görə, kreditorlarla razılığın əldə olunması Yunanıstan bondlarının dərəcələrinə təsir edib: indi onlar 2009-cu ildən bəri ən aşağı səviyyədədir.

Xatırladaq ki, 320 milyard avro məbləğində dövlət borcu olan Yunanıstan iqtisadi böhran səbəbiylə maliyyə bazarlarına çıxışı imkanından məhrum olduğundan 2010-cu ildən xarici maliyyə yardımı proqramlarından istifadə etmək məcburiyyətində qalıb. 86 milyard avro həcmində olan üçüncü yardım proqram 2018-ci ilin yayında başa çatacaq. Kreditlərin qarşılığında Yunanıstan islahatlar həyata keçirmək və bütün iqtisadi siyasətini koordinasiyalı şəkildə aparmağa borcludur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol