Kiprdə biznes-mərkəzində - PARTLAYIŞ

Kiprdə partlayış baş verib. Trend-in məlumatına görə, partlayıcı qurğu Limasol şəhərinin rayonlarının birində yerləşən biznes-mərkəzin giriş qapısında işə düşüb.
İlkin məlumata görə, partlayış nəticəsində xəsarət alan olmayıb.
Polis hadisə ilə bağlı əlavə məlumat verməsə də, artıq araşıdrmaya başlanıldığını bildirib.
www.anews.az
























