Avstraliya ilk hərbi kiberdiviziyanı yaratdı

Avstraliya dünyada ilk hərbi kiberdiviziyanı yaradıb. Bunu Avstraliyanın kibertəhlükəsizlik məsələləri üzrə nazir Den Texan bəyan edib.
anews.az bu barədə Reuters-ə istinadən xəbər verir.
O qeyd edib ki, bu məsələ üzrə qərar müasir münaqişələrin dəyişən xarakteri nəzərə alınaraq qəbul edilib.
Yeni bölmə həmçinin Avstraliyanın silahlı qüvvələrinin kiberhücumlardan mühafizəsinə də cavabdeh olacaq.
www.anews.az
























