• $
  • €
  • ₽
  • ₺
  • £

Venesuelada etiraz aksiyalarında 90-a yaxın adam öldürülüb

Venesuelada etiraz aksiyalarında 90-a yaxın adam öldürülüb
04.07.2017 12:20
Venesuelada son 3 aydan artıq müddətdə hökumət əleyhinə keçirilən etiraz aksiyalarında 88 nəfər öldürülüb.

anews.az Report-a istinadən xəbər verir ki, bu barədə "El Nacional” qəzetinin elektron versiyası xüsusi hesabatlara əsasən məlumat yayıb.

Ölkənin Baş Prokurorluğunun məlumatında isə vurğulanır ki, aprelin 1-dən davam edən etiraz aksiyalarında 84 nəfər zorakılığın qurbanı olub. Habelə 1,4 mindən artıq insan xəsarət alıb.

Müxalifət nümayəndələri isə bildirirlər ki, aksiyalar zamanı 15 min nəfər xəsarət alıb. Ölkənin qeyri-hökumət təşkilatı "Venesuelanın cinayət forumu” 3,55 min nəfərin saxlanıldığını xəbər verib. Onlardan 1,1 min nəfəri hələ də həbsdədir.

Qeyd edək ki, Venesuelada etirazlar Ali Məhkəmənin müxalif Milli Assambleyanın fəaliyyətini məhdudlaşdırması barədə qərarından sonra başlayıb.

Qərar sonradan ləğv edilib. Lakin müxalifət tərəfdarları küçələrə çıxaraq məhkəmə üzvlərinin istefaya göndərilməsi və növbədənkənar seçkilərin keçirilməsi, habelə təsis yığıncağının çağırılmasına qarşı tələblərlə küçələrə çıxaraq bunu konstitusiyanı dəyişmək cəhdi hesab ediblər.  

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol