Dallasda baş vermiş atışmada 1 nəfər xəsarət alıb

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
ABŞ-ın Texas ştatının Dallas şəhərində baş vermiş atışmada 1 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, yaralının həyatı üçün heç bir təhlükə yoxdur. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Cinayətin başvermə səbəbi hələlik müəyyənləşdirilməyib. Atışma ilə əlaqədar oteldəki insanlar təxliyə edilib.
www.anews.az
























