Hindistanda hərbi təyyarə qəzaya uğrayıb

Hindistan ordusuna məxsus MiQ-23 hərbi təyyarəsi ölkənin şimal-qərbində, Racastan ştatında qəzaya uğrayıb.
anews.az-ın Trend-ə istinadən məlumatına görə, təyyarə Balessar yaşayış məntəqəsi üzərindən uçarkən qəzaya uğrayıb.
Təyyarədəki hər iki pilotun uğurla katapulta olunduqları bildirilib. Qəzanın baş vermə səbəbləri məlum deyil, araşdırmaya başlanılıb.
www.anews.az
























