G20 sammiti öncəsi "Porsche" avtosalonunu yandırdılar

Almaniyanın Hamburq şəhərində "Porsche" avtosalonunu yandırıblar.
anews.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 8 avtomobil yanıb.
Polis yanğının qəsdən törədildiyini bildirir. Təqsirkar axtarılır.
Yanğının "Böyük iyirmilik" (G20) ölkələrinin sammiti ilə əlaqədar solçu radikallar tərəfindən törədildiyi ehtimal olunur.
Xatırladaq ki, iyulun 7-8-də Hamburqda G20 sammiti keçiriləcək.
www.anews.az
























