• $
  • €
  • ₽
  • ₺
  • £

"Bank of America": Qlobal iqtisadiyyatda dolların dominantlığı başa çatacaq

"Bank of America": Qlobal iqtisadiyyatda dolların dominantlığı başa çatacaq
06.07.2017 19:40
"Gec-tez qlobal iqtisadiyyatda dolların dominantlığı başa çatacaq". "APA-Economics" xəbər verir ki, bunu "Bank of America Merrill Lynch" bankının Rusiya üzrə baş iqtisadçısı Vladimir Osakovski "Lenta.ru" portalına müsahibəsində bildirib.
 
"Tarixə nəzər salsaq görərik ki, qlobal iqtisadiyyatda funt sterlinqin dominantlığı olub. Lakin onu sıradan çıxardılar. Böyük ehtimalla, bu, dollarla da baş verəcək. Düşünürəm ki, təbii yolla qlobal iqtisadiyyatda ABŞ-ın payının azaldılması dolların dominantlığına son qoya bilər. Bu, faciə olarmı? İnanmıram. Lakin nə vaxtsa bunun şahidi olacağıq", - deyə V.Osakovski qeyd edib.
 
ABŞ-da ciddi borc böhranının yaranma ehtimalına toxunan bankir bunu deyib. "ABŞ-ın 16-18 trln. dollarlıq borcu var. Yaponiyada bu göstərici 2 dəfə çoxdur. Lakin Yaponiya ABŞ qədər yada düşmür".
 
İyulun 4-də Rusiyanın Birbaşa İnvestisiyalar Fondu və Çinin İnkişaf Bankı kapitalı 68 mlrd. yuan (10 mlrd. dollar) olan Rusiya-Çin Əməkdaşlıq Fondunun yaradılması haqqında razılığa gəlib. Yeni yaradılan fond hər iki ölkənin milli valyutasında birbaşa investisiyaların cəlbinə nail olmağı qarşısına məqsəd qoyub.
 
2016-cı ilin dekabr ayından isə Türkiyə Moskvaya dollardan imtina etməyi və qarşılıqlı ticarət dövriyyəsinin milli valyutalarda aparılmasını təklif edib.
 
Onu da qeyd edək ki, Rusiya və Vyetnam ticarət dövriyyəsinin milli valyutalarda aparılmasını müzakirə edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol