• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ parlamentariləri Tereza Meyin "Brexit" üzrə təkliflərindən narazıdırlar

Aİ parlamentariləri Tereza Meyin "Brexit" üzrə təkliflərindən narazıdırlar
10.07.2017 20:00
Onlar 4 siyasi fraksiyanın nümayəndələri tərəfindən imzalanmış açıq məktubda Böyük Britaniyanın təkliflərinə narazılıqlarını bildiriblər.

Avropalı parlamentarilər Böyük Britaniyanın Baş naziri Terezy Meyin Avropa İttifaqı (Aİ) vətəndaşlarının "Brexit"dən sonra ölkədəki vəziyyəti ilə əlaqədar təkliflərini bəyənməyiblər. 
Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

Aİ parlamentinin "Brexit" üzrə danışıqlardakı nümayəndəsi, Belçikanın keçmiş baş naziri Gi Verhofstadt bildirib ki, T.Meyin təklifləri avropalıların gözləntilərini doğrultmayıb. Onun sözlərinə görə, britaniyalı baş nazirin təkliflərinə əsasən, Aİ vətəndaşları Böyük Britaniyada britaniyalıların Avropada əldə edəcəyi hüquqdan daha az hüquqa malik olacaq.

Avropalı parlamentarilər açıq məktubda Böyük Britaniyanın təkliflərinə narazılıqlarını bildiriblər. Açıq məktub parlamentdə səslərin dörddə üçünə sahib 4 siyasi fraksiyanın nümayəndələri tərəfindən imzalanıb.

Qeyd edək ki, iyunun sonlarında T.Mey Böyük Britaniyada yaşayan Aİ ölkələrinin bütün vətəndaşlarına ən azı beşillik müddətə daimi yaşayış icazəsi təmin etməyə hazır olduqlarını bildirib.

Baş nazir fikrini belə izah edib ki, bu status avropalılara Böyük Britaniyanın Avropa İttifaqından çıxışından sonra da Birləşmiş Krallıqda sərbəst yaşamaq, dövlətin təhsil və səhiyyə xidmətlərindən, eləcə də sosial müavinətlərin istifadə etmək hüququ verəcək.

T.Mey bu təkliflərin Aİ ölkələrində yaşayan britaniyalılara da eyni hüquqların veriləcəyi təqdirdə qüvvədə olacağını əlavə edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol