Türkiyə Suriya sərhədində bölmələrini gücləndirir

Altı nəqliyyat karvanı Suriya sərhədindəki Musabəyli bölgəsinə istiqamət alıb.
Türkiyənin Suriya sərhədində öz hərbi bölmələrini gücləndirmək üçün göndərdiyi hərbi-nəqliyyat vasitələri Kilis vilayətinə çatıb.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, altı nəqliyyat karvanı Suriya sərhədindəki Musabəyli bölgəsinə istiqamət alıb.
Texnika Türkiyə-Suriya sərhədində yerləşdiriləcək.
www.anews.az
























