Mosul İŞİD-dən təmizlənir - FOTO

İraqın ikinci böyük şəhəri olan Mosulun İŞİD terrorçularından təmizlənməsi əməliyyatı davam edir.
anews.az NBC-yə istinadən bildirir ki, İŞİD-in 2014-cü ildə ələ keçirdiyi şəhər ötən həftənin sonlarında terrorçulardan tam azad olunub.
Hazırda şəhər terrorçulardan təmizlənir. İŞİD mənsubları xüsusilə də Mosulun mərkəzində, "Köhnə şəhər" deyilən məkanda gizlənirlər.
ABŞ isə İraqa xəbərdarlıq edərək bildirib ki, şəhər terrorçulardan tam təmizlənməsə, Mosulda situasiya yenidən pisləşə bilər.
www.anews.az
























