Nigeriyada bir neçə partlayış nəticəsində 17 nəfər həlak olub

Partlayışlar ölkənin şimal-şərqində törədilib.
Nigeriyanın şimal-şərqində, Mayduquri şəhərinin yaxınlığında törədilən bir neçə partlayış nəticəsində azı 17 nəfər həlak olub, 21 nəfər yaralanıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, partlayışlar dörd rayonda baş verib. Bombaları terrorçu-kamikadzelər işə salıblar.
Hadisənin təfərrüatları məlum deyil.
www.anews.az
























