Pakistanda daşqınlar 12 nəfərin həyatına son qoydu

Pakistanın şimal-şərqində daşqınlar nəticəsində azı 12 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb. Trend-in məlumatına görə, daşqınlar Pəncab əyalətinin 3 bölgəsində qeydə alınıb.
Qeyd olunur ki, şiddətli yağıntılar daha bir neçə gün davam edəcək.
Bundan başqa, meteoroloqlar həftə sonu Pakistanın bu bölgəsində yeni siklonun keçəcəyi barədə xəbərdarlıq ediblər.
Qeyd edək ki, ötən il yağışlar mövsümündə Pakistanda təbii fəlakətin qurbanlarının sayı 81 nəfər olmuşdu, daşqınlar səbəbindən təxminən 300 min adama ziyan dəymişdi.
www.anews.az
























