ABŞ Baş konsulluğunda həyəcan: bir nəfər hasardan diplomatların olduğu həyətə atladı

İstanbulun Sarıyer rayonunda yerləşən ABŞ Baş konsulluğunun həyətinə hasardan atlayan bir şəxs İstanbul Təhlükəsizlik İdarəsini hərəkətə keçirib.
anews.az Milliyet-ə istinadən xəbər verir ki, nəzarətə alınan Orta Asiyalı həmin şəxs Sarıyer rayon Təhlükəsizlik İdarəsinə aparılıb. Üzərindən hər hansı bir silah aşkar edilməyən şəxsin "yolumu itirdim" dediyi məlum olub.
www.anews.az
























