Yaponiyada 100 min adam təxliyə xəbərdarlığı aldı

Yaponiyanın şimal-qərbində Niiqata prefekturasında 100 mindən artıq sakin təcili təxliyə barədə xəbərdarlıq alıb.
anews.az Trend-ə istinadən xəbər verir ki, son günlər aramsız yağan yağışlar səbəbindən Yaponiyanın bu ərazisi sürüşmə təhlükəsi ilə üz-üzə qalıb.
Sürşmə baş verən rayonlarda isə son günlər 34 nəfərin öldüyü, 10 nəfərin itkin düşdüyü barədə məlumat verilib.
Sinoptiklər ölkənin bu bölgəsində, xüsusən şimal-şərqdə Fukusima prefekturasında güclü yağışların hələ davam edəcəyi barədə proqnoz veriblər.
www.anews.az
























