İranın XİN rəhbəri: "Tehran raketlərdən yalnız özünümüdafiə üçün istifadə edəcək"

Cavad Zərif: İran nüvə başlığı daşıya biləcək raketlər istehsal etmir.
"İran raketlərdən yalnız özünümüdafiə məqsədilə istifadə edəcək".
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Nyu-Yorkda bildirib.
"Bizim onlara ona görə ehtiyacımız var ki, daha bir Səddam Hüseynin ortaya çıxıb bizə zərbə endirilməyəcəyindən əmin olaq", - deyə XİN başçısı bildirib.
M.Zərif qeyd edib ki, İran nüvə başlığı daşıya biləcək raketlər istehsal etmir.
www.anews.az
























