Çimərlikdə şok: superlüks yaxta alışıb yandı - FOTO

Fransanın məşhur San-Trope kurortundakı Plyaj de Pamplon (Plage de Pampelonne) çimərliyinin sahillərində çox bahalı, süperlüks yaxta alışaraq yanıb.
Milli.Az Var Martin-ə istinadən bildirir ki, yaxtanın sahibinin kimliyi hələlik bəlli deyil. Sadəcə, o məlumdur ki, yaxta Belçika bayrağı altında üzürdü.
Plyaj de Pamplon Fransanın ən məşhur və ən bahalı çimərliklərindən biridir. Buranı "milyarderlər məkanı" da adlandırırlar.
www.anews.az
























