• $
  • €
  • ₽
  • ₺
  • £

Fars Körfəzi ölkələri Qətərə qarşı tələblərin siyahısını azaldıb

Fars Körfəzi ölkələri Qətərə qarşı tələblərin siyahısını azaldıb
19.07.2017 19:40
Səudiyyə Ərəbistanın BMT yanında nümayəndəsi: Biz hamımız kompromisi dəstəkləyirik, amma bu 6 prinsiplər ilə bağlı kompromis olmayacaq.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Bəhreyn və Misir Qətər üçün tələblərin siyahısını azaldıb və ölkəni konkret müddət olmadan onları yerinə yetirməyə çağırıb. 

Bu barədə "Report" Amerikanın "Wall Street Journal" nəşrinə istinadən xəbər verir.

Qəzet yazır ki, ərəb ölkələri 13 tələb əvəzinə 6 ümumi "prinsipləri" formalaşdırıb.

"Sözsüz ki, biz hamımız kompromisi dəstəkləyirik, amma bu 6 prinsiplər ilə bağlı kompromis olmayacaq", - Səudiyyə Ərəbistanın BMT yanında nümayəndəsi Abdalla al-Mouallimi bildirib.

Yeni siyahıda "Əl-Cəzirə" peyk televiziya şəbəkəsini bağlamaq və islamçı təşkilatların bütün üzvlərini dərhal Qətərdən deportasiya etmək tələbi indi yoxdur. Bu dəfə ərəb ölkələri yeni "prinsiplərin" yerinə yetirilməsi müddətini müəyyən etməyib və vurğulayıb ki, onlar daha geniş xarakter daşıyır.

"Wall Street Journal"ın məlumatına görə, Qətərin nümayəndəsi bildirib ki, ərəb dövlətləri beynəlxalq birlik tərəfindən təzyiq şəraitində simalarını qorumaq məqsədi ilə bu addımı atıblar. O, yalnız region dövlətlərin vasitəçiliyinin köməyi ilə münaqişəni həll etməyə razılıq verib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Bəhreyn və Misir bu il iyunun əvvəlində Qətəri terrorizmi dəstəkləməkdə və onların daxili işlərinə müdaxilə etməkdə günahlandıraraq rəsmi Doha ilə diplomatik əlaqələri kəsib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol