Çində 210 min məmur cəzalandırıldı

Çin hökuməti 2017-ci ilin ilk altı ayı ərzində hüquqa zidd əməllərinə görə 210 min məmuru cəzalandırıb.
anews.az-ın Report-a istinadla məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Kommunist Partiyasının bəyanatında deyilir.
"İlin ilk yarısında anti-korrupsiya instansiyalarına 1.31 milyondan çox ərizə daxil olub. Hüquqpozmalar ilə bağlı 260 min cinayət işi açılıb”, - bəyanatda qeyd olunub.
Cəzalananlar arasında 38 nəfər yüksək çinli məmur da var.
www.anews.az
























