Suriya ordusu bəzi neft qüllələrini İŞİD-dən geri alıb

Həmin qüllələrin hamısı geri çəkilən İslam Dövləti döyüşçüləri tərəfindən dağıdılıb.
Suriya ordusunun İŞİD-in "paytaxtı" Raqqa şəhərinə hücumu nəticəsində 40-dan çox neft qülləsi terrorçulardan alınıb. Həmin qüllələrin hamısı geri çəkilən "İslam Dövləti" döyüşçüləri tərəfindən dağıdılıb.
"Report" xəbər verir ki, bu barədə Raqqadakı neft mədənlərinin bərpasına görə məsul olan mühəndis-neftçi Əli İbrahim deyib.
Onun sözlərinə görə, ərazilər minalardan təmizləndikdən sonra mədənlərin bərpasına başlanacaq.
www.anews.az
























