• $
  • €
  • ₽
  • ₺
  • £

MDB ölkələri terrorçuların siyahısının mübadiləsini aparmaq niyyətindədir

MDB ölkələri terrorçuların siyahısının mübadiləsini aparmaq niyyətindədir
25.07.2017 16:49
Siyahıların tanınması müvafiq ikitərəfli və çoxtərəfli sazişlərin bağlanması yolu ilə həyata keçiriləcək.

MDB ölkələri terror fəaliyyəti ilə əlaqəsi olan şəxslərin siyahılarının mübadilə edilməsini və ümumi bazanın yaradılmasını planlaşdırır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Minskdə Qırğızıstan hökuməti yanında Dövlət Maliyyə Kəşfiyyatı Xidmətinin Təşkilati-hüquq şöbəsinin müdiri Çınqız Kənanbayev bildirib.

Qeyd edək ki, iyulun 25-26-də Minskdə MDB İcraiyyə Komitəsində cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması (yuyulması), terrorçuluğun maliyyələşdirilməsi və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə haqqında MDB dövlətlərinin müqavilə layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilir.

"Terrorizmlə mübarizə üzrə beynəlxalq əməkdaşlıq çərçivəsində ciddi addımlar atılıb. Dövlətlər tərəfindən terrorçuların siyahısının tanınması nəzərdə tutulub ki, biz MDB məkanında bu növ cinayətlərlə mübarizədə səylərimizi birləşdirə bilək", - Qırğızıstanın Maliyyə Kəşfiyyatı Xidmətinin nümayəndəsi vurğulayıb.

Onun sözlərinə görə, siyahıların tanınması müvafiq ikitərəfli və çoxtərəfli sazişlərin bağlanması yolu ilə həyata keçiriləcək: "Əgər ekspert iclası müqavilənin layihəsini qəbul etsə, bu ilin noyabrında Hökumət Başçıları Şurası çərçivəsində onun imzalanması planlaşdırılır."

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol