KİV: homoseksuallar ordusu İŞİD-lə döyüşəcək

LGBT fəalları "İslam ordusu” terror qruplaşması ilə mübarizə edəcək qoşun yaradıblar.
anews.az NTV-yə istinadən xəbər verir ki, bu barədə "Newsweek” nəşri məlumat yayıb. Yeni yaradılan ordu özünü Homoseksualların Qiyamçı Qurtuluş Ordusu (TQİLA) adlandırıb.
Hələlik TQİLA-da nə qədər döyüşçü olduğu bilinmir. TQİLA özü isə artıq Rakkadakı döyüşlərdə iştirak etdiyini açıqlayıb.
TQİLA yalnız İŞİD-lə deyil, ümumiyyətlə, "faşizmin bütün növ təzahürü ilə” mübarizə aparacağını bəyan edib. Təşkilat həmçinin qadın inqilabı və seksual inqilab ideyalarının ona yad olmadığını da elan edib.
www.anews.az
























