Əfqanıstanda 5 saat davam edən döyüşdə 40 hərbçi öldü

Əfqanıstanda "Taliban” silahlı qruplaşma üzvlərinin hücumu nəticəsində 40 hərbçi ölüb.
anews.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə ölkənin Qəndəhar vilayətində baş verib.
Taliblər hərbi bazaya hücum edib. Nəticədə onlarla Əfqanıstan ordusunun əsgərləri arasında döyüş olub. Döyüş 5 saat davam edib.
www.anews.az
























