Okinava sahillərində 5,6 bal gücündə ZƏLZƏLƏ

Okinava sahillərində güclü zəlzələ qeydə alınıb. Trend-in məlumatına görə, Yaponiya Meteoroloji Xidməti zəlzələnin gücünün 5,6 bal olduğunu qeyd edib.
Məlumata görə, zəlzələnin episentri Amami adası yaxınlığında 10 km dərinlikdə olub.
Episentrə yaxın adalarda yeraltı təkanlar Yaponiya zəlzələ şkalası üzrə 2 bal gücündə hiss olunub.
Təlafat və dağıntılar haqda məlumat verilməyib. Sunami təhlükəsi barədə xəbərdarlıq da olmayıb.
www.anews.az
























