ABŞ-da təyyarə qəzaya uğrayıb, ölən var – FOTOLAR

ABŞ-ın Yuta ştatında yüngül mühərrikli təyyarə Oqden şəhəri yaxınlığında qəzaya uğrayıb
anews.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, hadisə nəticəsində 4 nəfər ölüb.
Bildirilir ki, havaya qalxan "Beechcraft Bonanza” təyyarəsi bir neçə dəqiqədən sonra avtomobil magistralına çırpılıb.
Qəzadan sonra yolda nəqliyyatın hərəkəti iflic olub.
Hadisənin səbəbləri müəyyənləşdirilir.


www.anews.az
























