ABŞ-da attraksionda qəza zamanı 1 nəfər ölüb, 7-si yaralanıb

Beş nəfərin vəziyyəti kritik kimi qiymətləndirilir.
ABŞ-ın Ohayo ştatında yarmarka zamanı attraksionda baş verən qəza nəticəsində 1 nəfər ölüb, daha 7-si xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə NBC4İ telekanalı məlumat yayıb.
Yaralılardan 5-nin vəziyyəti kritik kimi qiymətləndirilir.
Tədbir təşkilatçıları "Twitter" sosial şəbəkəsində bildiriblər ki, hadisə ilə bağlı araşdırma aparılır.
www.anews.az
























