• $
  • €
  • ₽
  • ₺
  • £

“USB 3.2” standartı nümayiş etdirilib

“USB 3.2” standartı nümayiş etdirilib
28.05.2020 17:34
"USB” interfeysinin 22 il əvvəl buraxılmasına baxmayaraq, mütəxəssislər texnologiyanı inkişaf etdirməkdə davam edirlər. Son yeniliklərdən biri - "USB Type-C” interfeysi iş zamanı ikitərəfli çıxış sayəsində sürəti yüksəltmək və rahatlığı artırmaq məqsədi daşıyıb. Lakin bir sıra istifadəçilər indiyədək bu formatı dəstəkləyən interfeysə malik deyil və "USB 2.0” və "USB 3.0” ilə kifayətlənirlər. Bu dəfə isə "USB 3.0 Promoter Group” təşkilatı məlumatları daha sürətli ötürməsi ilə fərqlənən "USB 3.2” standartını nümayiş etdirib.

anews.az ICTnews-a istinadən xəbər verir ki, texnologiya "USB Type-C” interfeysində informasiya mübadiləsi üçün bir neçə xətt üzrə ötürmə imkanlarından istifadə edir və saniyədə 20 qiqabit sürəti dəstəkləyir. Xatırladaq ki, əvvəlki nəsil "USB 3.1” (Gen 2) interfeysinin sürəti 10 Qbit/saniyə təşkil edib.

Məlumata görə, mütəxəssislər texnologiya üzərində işi davam etdirərək onu bu ilin sonunda rəsmən təqdim etməyi planlaşdırırlar. Əvvəllər olduğu kimi, maksimal sürətə uyğunluq təşkil edən avadanlıqlarsız nail olmaq qeyri-mümkün olacaq.

"USB 3.2” standartını dəstəkləyən ilk  qurğu və aksessuarların 2018-ci ildə təqdim ediləcəyi gözlənilir.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol