İspaniya dəmiryol stansiyasında qəza olub, 48 nəfər yaralanıb

Onlardan 5-inin vəziyyəti ağırdır.
İspaniyanın Barselona əyalətində dəmiryol stansiyasında baş verən qəza nəticəsində 48 nəfər yaralanıb.
"Report” xəbər verir ki, bu haqda Habertürk məlumat yayıb.
İnformasiyaya əsasən, yaralananlardan 20-si xəstəxanaya yerləşdirilib, onlardan 5-nin vəziyyəti ağırdır.
İlkin məlumata görə, qatarı dayandırmaq mümkün olmayıb və o, Fransız dəmiryol vağzalının stansiyasının prlatformasına çırpıb.
www.anews.az
























