Antalyada turistlə dolu otel yanır

Yay fəslində yüzminlərlə insanın, o cümlədən azərbaycanlının istirahət üçün üz tutduğu Türkiyənin məşhur istirahət zonası - Antalyada otel yanır. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, yanğın Kəmərdəki beş ulduzlu oteldə başlayıb. Oteldə qalan 400 turist xilasedicilər tərəfindən evakuasiya edilib.
Alovlar otelin mətbəxində görünüb. Bir anda bütün oteli qatı duman bürüyüb. Hələlik yanğının səbəbləri bilinmir.
Hadisə yerinə çox sayda yanğınsöndürmə briqadası və canlı qüvvə cəlb edilib. Oteldə qalanlar otaqların eyvanlarına çıxmaqla xilas olmağa çalışıblar. Onları xilasedicilər xüsusi nərdivanlrla endiriblər.
Bəzi turistlər qatı dumandan zəhərləniblər.
www.anews.az