• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın enerji layihələri fiaskoya uğraya bilər

Rusiyanın enerji layihələri fiaskoya uğraya bilər
29.07.2017 15:20
ABŞ senatı 2014-ci ildən bu yana Rusiya, İran və Şimali Koreyaya qarşı ən sərt iqtisadi sanksiyaları nəzərdə tutan qanunu yekdilliklə qəbul edib.

Anews.az xəbər verir ki, qanunun qəbulu inşasına yeni başlanan "Türk Axını” layihəsinin reallaşdırılmasını da sual altına salıb.

Qeyd edək ki, qanuna Donald Tramp tərəfindən veto qoyulub. Lakin layihənin ikinci dəfə prezidentin masasının üstünə gələcəyi istisna olunmur.

Bu arada, əsas hədəfi Moskva olan sanksiyalar Rusiyanın enerji sektoru və banklarını əhatə edir. Qanunun qüvvəyə minməsi ilə sanksiya siyahısına daxil edilən rus banklarına verilən kreditlərin müddəti 30-90 gündən 14 günə endiriləcək. Bununla da,  Rusiya beynəlxalq pul bazarı oyunçusu olmaqdan tamamilə uzaqlaşdırılacaq.

Yeni sanksiyalar Rusiyanın enerji sektorunu da kökündən sarsıdacak maddələri irəli sürür. Rusiyanın 33 faiz payı olan bütün neft və təbii qaz layihələri növbəti realizə edilmə mərhələsinə keçir. Bu layihələrə qərbdən maliyyə və texniki dəstək kəsiləcək. Digər tərəfdən, Rusiyadan dünyaya açılan enerji layihələrinə ildə 5 milyon dollar və ya bir dəfəyə 1 milyon dollardan çox investisiya yatıran hüquqi şəxslər Qərbin qara siyahısına daxil ediləcək.

"Türk axını” boru xəttini çəkən "Allseas” şirkəti ABŞ-ın sanksiyalarına məruz qalmamaq üçün işləri dondurmaq istəyir. Hətta "Qazprom” şirkəti belə təhlükənin olduğunu etiraf edib. Şirkətdən o da bildirilib ki, Tramp tərəfindən imzalandıqdan sonra qüvvəyə minməsi gözlənilən qanun Rusiyanın Qərbi Avropa istiqamətində "Şimali Axın-2” layihəsini, Cənubi Avropa istiqamətindəki "Türk Axını” layihəsini dayandıran maddələri özündə əks etidir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol