İstanbulda polis rəisi başından güllələnib

Türkiyənin İstanbul şəhərinin Silivri rayon polis idarəsinin rəisi Hakan Çalışkan qətlə yetirilib.
anews.az-ın Hürriyet-ə istinadən verdiyi məlumata görə, səhər saatlarında işə gələn əməkdaşlar rəisi ölü vəziyyətdə aşkarlayıblar. Onun başından güllələnərək öldürüldüyü məlum olub. Hadisə yerinə gələn prokuror araşdırma aparıb.
H. Çalışkanın evli və 2 uşaq atası olduğu açıqlanıb.
www.anews.az
























