• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD Avstraliya limanına girdi: Terror əməliyyatları dünyanı cənginə aldı

İŞİD Avstraliya limanına girdi: Terror əməliyyatları dünyanı cənginə aldı
04.08.2017 12:40
Avstraliya polisi Sidney şəhərində yerləşən hava limanında aparılan axtarış əməliyyatları zamanı iki İŞİD terrorçusunu həbs edib.

Publika.az xəbər verir ki, polis terrorçu qardaşların Türkiyədə gizlənən bir İŞİD liderinin göndərdiyi bombalarla sərnişin təyyarəsinə edəcəyi hücumun qarşısını alıb.

Hücum Birləşmiş Ərəb Əmirliklərinin "Etihad” şirkətinə məxsus sərnişin təyyarəsini hədəfləyibmiş.

Avstraliya Federal Təhlükəsizlik Müdirliyinin nümayəndəsi Maykl Pelan məsələ ilə bağlı açıqlama verib. 

O bildirib ki, 49 yaşlı Xalid Həyat və 32 yaşlı Mahmud Həyat adlı cinayətkarlar sərnişin təyyarəsilə yanaşı, qapalı ictimai məkanda zəhərli kimyəvi maddə yayaraq ikinci hücumun hazırlığını da aparıblar. 

Müavin bütün bu hücumların İŞİD terror təşkilatından ilhamlanaraq və təlimatlandırılaraq həyata keçirildiyini deyib.

Polis cinayətkarların bombaları ətçəkən maşınının içinə yerləşdirdiyini təsbit edib. Onlar maşını gizli olaraq başqa bir sərnişinin çantasına qoyub. Çanta ağır olması səbəbilə qeydiyyat əsnasında baqaja göndərilib. Burada keçirilən yoxlama zamanı da bombalar aşkar edilib.

Polis məsələ ilə bağlı şübhəli şəxs qismində 4 nəfəri həbs edib. Onlardan ikisi ifadə verdikdən sonra sərbəst buraxılıb. Cinayətkar qardaşların isə məhkəmə prosesi davam etməkdədir. Onların ömürlük həbs cəzasına məhkum ediləcəyi ehtimal edilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol