Əfqanıstanda bazarda partlayış – 20 ölü

Əfqanıstanın cənubunda yerləşən Gilmənd əyalətində bazarda baş verən partlayış nəticəsində azı 20 hərbçi ölüb.
anews.az TASS-a istinadən xəbər verir ki, bu barədə əyalətin Təhlükəsizlik Xidmətindən bildiriblər.
İnformasiyaya əsasən, asayiş keşikçiləri ilə bazara hücum edən silahlı qrup arasında atışma olub.
Yerli hökumət nümayəndələri avtomobilin partladılması nəticəsində 5 hərbçinin öldüyünü, bir neçəsinin isə yaralandığını deyiblər.
www.anews.az
























