İordaniya İsraildən səfirliyinin bütün əməkdaşlarının dəyişdirilməsini tələb edib

İordaniya kral II Abdulla avqustun 7-də Ramallaha gedəcək və Fələstin lideri Mahmud Abbasla görüşəcək.
İordaniya İsraildən Əmmandakı səfirliyinin bütün əməkdaşlarının dəyişdirilməsini tələb edib.
"Report” xəbər verir ki, bu barədə "Ediot Ahronot” məlumat yayıb.
Bildirilib ki, buna səbəb olaraq, İsrail səfirliyinin mühafizəçisinin İordaniyanın iki təbəəsinin öldürməsi göstərilir.
İordaniya kralı II Abdulla avqustun 7-də Ramallaha gedəcək və Fələstin lideri Mahmud Abbasla görüşəcək.
Qeyd edək ki, iyulun 23-də İsrailin Ammandakı səfirliyinə hücum nəticəsində iki mühafizəçi yaralanıb, İordaniyanın iki təbəəsi öldürülüb.
İyulun 25-də İsrailin baş naziri səfirliyin mühafizəçisi Ziv Moyyalla görüşərək, ona təşəkkür edib.
Mühafizəçinin adı məlum olduqdan sonra İsrailin cənubunda ailəsinin yaşadığı qəsəbədə təhlükəsizlik tədbirləri gücləndirilib.
www.anews.az
























