Sumatrada vulkan püskürür: İnsanlar təcili təxliyyə edilir – VİDEO

İndoneziyanın şimalında əsl kül qasırğası tüğyan edir. Sumatra adasının şimalında yerləşən vulkan püskürür.
anews.az-ın məlumatına əsasən, vulkan dörd kilometrə qədər hündürlüyə tüstü və kül püskürüb. Yeddi mindən artıq insan artıq təxliyyə olunub.
Qeyd edək ki, 400 il yatmış vulkan son illər tez-tez fəallıq göstərir.
www.anews.az
























