Qağayı Kanada telekanalında hava proqnozunun yayımını pozub - VİDEO

Quş canlı yayım vaxtı qəfildən Vankuverin panoramik fonu qarşısında peydə olub.
Nəhəng qağayı Kanada telekanalında hava proqnozunun yayımını pozub.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, quş canlı yayım vaxtı qəfildən Vankuver şəhərinin panoramik fonu qarşısında peydə olub və bütün diqqəti üzərinə cəlb edib.
Aparıcı xanım əvvəlcə özünü saxlayaraq heç nə olmamış kimi hərəkət etsə də, sonradan gülüb.
"Bu, adamın fikrini çox yayındırır", - o bildirib.
www.anews.az
























