Filippində 6 bal gücündə zəlzələ olub

Tələfat və ya dağıntılar barədə məlumat yoxdurю
Filippində 6 bal gücündə zəlzələ olub.
"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.
Xəbərdə bildirilir ki, yeraltı təkanlar Mindanao adasında, yerli vaxtla saat 00:30-da qeydə alınıb.
Zəlzələnin episentri Koronodal şəhərindən 86 kilometr cənub-şərq yerləşib. Zəlzələ ocağı 80 kilometr dərinlikdə olub.
Tələfat və ya dağıntılar barədə məlumat yoxdur.
www.anews.az
























