Qarabağda NATO hərbçilərinə hücum: 4 ölü, 6 yaralı

Əfqanıstanda NATO hərbçilərini daşıyan kortejə edilən hücum nəticəsində ölən və yaralananların sayı dəqiqləşib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Kabilin Qarabağ mahalında təşkil edilən kamikadze hücumu nəticəsində 4 nəfər ölüb. Hadisə nəticəsində daha 6 nəfər yaralanıb.
Qeyd edək ki, bir neçə gün öncə sözügedən mahalda ABŞ hərbi kortejinə də kamikadze hücumu təşkil edilmişdi.
www.anews.az
Belə ki, üzərində qadın paltarı olan bir şəxs Qarabağ icra nümayəndəliyi qarşısında xidmətdə olan hərbi avtomobilə yaxınlaşıb və özünü partladıb.
Ölənlərdən birinin NATO əsgəri, 3-nün isə mülki şəxs olduğu deyilir.
Bundan əlavə, 5 hərbçi və 1 tərcüməçinin də yaralandığı qeyd edilib.
www.anews.az
























