• $
  • €
  • ₽
  • ₺
  • £

İranlı deputatların Mogeriniyə diqqəti lağlağıya səbəb olub - FOTOLAR

İranlı deputatların Mogeriniyə diqqəti lağlağıya səbəb olub - FOTOLAR
07.08.2017 13:40
Prezident Həsən Ruhaninin andiçmə mərasiminə qatılmaq üçün İrana səfər etmiş Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerininin bu ölkə parlamentində deputatlar tərəfindən ifrat diqqətlə qarşılanması ölkə daxilində etirazlara, sosial şəbəkələrdə isə lağlağı mövzusuna çevrilib.  

anews.az-ın lent.az-a istinadən verdiyi xəbərə görə, iranlı millət vəkilləri Mogerinini görən kimi smartfonlarını çıxararaq onun fotolarını çəkməyə başlayıblar. Bir çoxları isə bir az uzaqdan da olsa, avropalı xanımla selfi edib. İranlı sosial şəbəkə istifadəçiləri bunu alçaldıcı və milləti pis vəziyyətdə qoymaq kimi qiymətləndiriblər. Digərləri isə iranlı parlamentariləri lağa qoyublar. Fotoları "Malena” filmindəki məşhur epizoda bənzədənlər olub. Filmdə kişilər baş rol ifaçısı Monika Belluççinin ətrafına toplaşaraq onun siqaretini yandırmağa cəhd edir. Bəzi istifadəçilər isə İran parlamentindəki epizodu "Belosnejka və 7 cırtdan” multfilminin kadrlarına oxşadıb.

İran prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri hadisəni şərh edərək bildirib ki, bu, siyasi yox, mədəniyyət məsələsidir. O qeyd edib ki, həmin millət vəkillərinin hər biri ilə ayrılıqda söhbət aparılacaq. 

Deputat Əlireza Səlimi isə öz həmkarlarının davranışını Qərbin qarşısında əyilmək kimi dəyərləndirib. Onun sözlərinə görə, parlamentin müvafiq komitəsi məsələ ilə bağlı araşdırma apara bilər.   
 




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol