• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-ın sanksiyalarına baxmayaraq Türkmənistan neftinin ilk partiyası İranda boşaldılıb

ABŞ-ın sanksiyalarına baxmayaraq Türkmənistan neftinin ilk partiyası İranda boşaldılıb
07.08.2017 15:40
Partiyanın boşaldılması avqustun 3-4-də NIOC-a məxsus olan və şirkət tərfindən idarə olunan terminalda həyata keçirilib.

Rusiya bayrağı altında üzən "VF Tanker 20” gəmisi avqustun 3-də İranın Neka limanına "Dragon Oil” şirkətinin istehsalı olan 6 min ton həcmində Türkmənistan neftinin boşaldılması məqsədi ilə daxil olub.

"Report" xəbər verir ki, qeyd olunan partiyanın boşaldılması avqustun 3-4-də NIOC-a (İran Milli Neft Şirkətinə) məxsus və şirkət tərfindən idarə olunan terminalda həyata keçirilib.

Bu, tamamilə Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Milli Neft Şirkətinə (ENOC) məxsus olan "Dragon Oil” şirkətinin Sinqapurdakı törəmə şirkəti "ENOC Trading" ilə birlikdə uzun müddət ərzində İrana təkbaşına neft tədarükü həyata keçirdiyi ilk haldır.

Bu vaxta qədər "Dragon Oil” bütün neft ixraclarını FOB Alaca (Türkmənistan) şərtləri ilə tenderlərdə həyata keçirib. İrana qarşı tətbiq olunan sanksiyalarla əlaqədar 2011-ci ildən etibarən ixrac yalnız Azərbaycan (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və ya Bakı-Batumi dəmir yolu xətti ilə) və ya Rusiya (Mahaçkala-Novorossiysk neft boru kəməri vasitəsilə) ərazisindən keçməklə Avropaya istiqamətlənirdi.

"Dragon Oil” və ENOC-un İrana neft tədarükünü bərpa etmək qərarı bazar iştirakçılarını təəccübləndirib. Xatırladaq ki, 2016-cı ildə İrana qarşı tətbiq olunan sanksiyaların bir qismi götürülsə də, bir çox məhdudiyyətlər bugünə qədər qüvvədədir. Əksər şirkətlər İranla hansısa biznes işi aparmazdan əvvəl ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) ətraflı tövsiyələrini gözləməyi üstün tuturlar.

"Dragon Oil” şirkətinin Türkmənistan nefti üzrə bütün hüsablamaları ABŞ dolları ilə apardığı, amerikalı podratçılarla (məsələn, ABŞ-ın neft xidməti üzrə nəhəng "Schlumberger” şirkəti ilə) uzunmüddətli əməkdaşlığının olduğu və rəhbər vəzifələrdə ABŞ vətəndaşlarının olduğu məqamda şirkətin İrana neft ixracını bərpa etməyə qərar verməsi tələsik və riskli görünür.

Eyni zamanda, BƏƏ-nin ABŞ-ın regiondakı əsas tərəfdaşı olmasına baxmayaraq, ölkənin Milli Neft Şirkəti olan ENOC-un ABŞ-ın sanksiyalarına baxmayaraq, İranla yeni biznesi aktiv şəkildə inkişaf etdirməsi faktı təəccüb doğurur.

Qeyd olunan neft partiyasının İrana çatdırılmasının "Dragon Oil” şirkəti tərəfindən əvvəlcədən heç planlaşdırılmaması da istisna deyil. Belə ki, "VF Tanker 20” gəmisi əvvəlcə Bakı limanına gəlib və iyulun 25-dən avqustun 1-nə qədər yoxlanışda olub. Lakin gəmidə sənədsiz yükün (bəlkə də qaçaqmalçılıq) aşkar olunması ilə əlaqədar neftin boşaldılmasına icazə verilməyib. Bundan sonra ENOC şirkəti tankeri yükün sənədlər təqdim olunmadan başaldılması mümkün olan İranın Neka limanına istiqamətləndirib.

Hazırda bazar iştirakçıları hadisələrin sonrakı inkişafını gözləyir: ya bu neft partiyası sənədləşmədə yaranmış problem səbəbindən Nekada boşaldılmış təsadüfi yükdür, yaxud da, bu, Türkmənistan neftinin İrana çatdırılması üzrə planlaşdırılmış proqramın başlanğıcıdır.

ENOC-un fraxt (yük) bazarında hazırkı aktivliyi və Rusiyanın "VF Tanker” şirkətinin bir neçə gəmisini Xəzər dənizində Alaca limanına istiqmətləndirməsi ikinci versiyanin xeyrinə olan məqamlardır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol