Türkiyədə İŞİD üzvü olmaqda şübhəli bilinən 5 əcnəbi tutulub

Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) İstanbul bölgə, yerli polis idarəsi və Terrora qarşı Mübarizə Şöbəsinin birgə fəaliyyəti nəticəsində terrorçu İŞİD qruplaşması adından terror törətməyi planlaşdırmaqda şübhəli bilinən 5 əcnəbi tutulub.
anews.az Anadolu agentliyinə istinadən xəbər verir ki, əməliyyat Başakşəhərdə 2 ünvanda keçirilib.
Məlumata görə, onlar Türkiyədə silahlı hücumlar təşkil etməyi planlaşdırırmış.
Xəbərdə bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəlilərin qaldığı mənzildən 3 ədəd odlu silah, səs batırıcı, elektron versiyada təbliğat materialları aşkarlaraq götürülüb.
Tutulanların kimliyi və etnik mənsubiyyəti dəqiqləşdirilir.
www.anews.az
























