• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Əfqanıstana dair yeni strategiya hazırlayır

ABŞ Əfqanıstana dair yeni strategiya hazırlayır
09.08.2017 10:45
Ağ Ev ABŞ-ın Əfqanıstandakı fəaliyyətinin böyük hissəsinin özəl podratçı şirkətlərə verilməsini təklif edən planı nəzərdən keçirir.

anews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Blackwater” özəl hərbi şirkətin sahibi Erik Prins bildirib.

ABŞ-ın hazırkı administrasiyası bir neçə aydır ki, ABŞ-ın Əfqanıstanda yeni strategiyası üzərində çalışır. 

Mənbələrin sözlərinə görə, prezident Donald Tramp ABŞ-ın Əfqanıstanda "məğlub olmasından” narazıdır və Amerika ordusunun bu ölkədəki komandanı general Con Nikolsonu istefaya göndərməyi tələb edir. ABŞ lideri həmçinin ölkənin NATO üzrə müttəfiqlərindən də şikayətlənib.

Məlumata görə, Erik Prinsin təqdim etdiyi plana görə, əsasən, keçmiş xüsusi təyinatlılardan ibarət 5500-dək özəl podratçı bütün ölkə ərazisində Əfqanıstan ordusunu təlimatlandıracaq. Plan həmçinin 90 təyyarədən ibarət özəl hərbi hava limanı da yaratmağı təklif edir. Hava donanmasının tibbi təxliyə, döyüş əməliyyatları və yaralıların daşınmasında istifadə ediləcəyi bildirilir.  

Prinsin sözlərinə görə, Əfqanıstan ordusunu tamamlayacaq podratçılar əfqan hərbi geyimdə olacaqlar. 

Pilotlar isə bütün əməliyyatları yerli hakimiyyət qurumları ilə razılaşdıracaqlar.

O qeyd edib ki, planın icrasına ildə 10 mlrd. sollar tələb olunduğu halda, Pentaqon ildə Əfqanıstana 40 mlrd. dollaradək büdcə vəsaiti xərcləyir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol