Qatar qəzasında beş türk əsgəri xəsarət aldı

Türkiyənin Bitlis vilayətində hərbçiləri aparan qatarın vaqonlarının birində qapının qopması nəticəsində 5 hərbçi xəsarət alıb.
anews.az-ın Trend-ə istindən verdiyi məlumata görə, hərbçilərdən birinin vəziyyəti ağır olaraq dəyərləndirilir.
Qeyd olunur ki, qatarda hərbi hissələrin biri üçün hərbi yük daşınırmış.
Xəsarət alan hərbçilər xəstəxanaya yerləşdirilib.
www.anews.az
























